50 min abonentin qaz təchizatı yaxşılaşacaq - Fotolar
Tarix: 01-11-2019 15:37 | Bölmə: Cəmiyyət
50 min abonentin qaz təchizatı yaxşılaşacaq

Bakı şəhərinin Xətai, Nəsimi, Səbail rayonlarında 50 min sakinin qaz təchizatı yaxşılaşacaq.

Bu barədə Reyting.az-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, bunun üçün mövcud istismara yararsız qaz kəmərləri yenilənir:

“Xətai, Nəsimi, Səbail rayonlarını qazla təmin edən ümumi uzunluğu 3500 m olan 530 mm diametrində yeraltı qaz kəməri ötən əsrin 80-ci illərində çəkilib. Bu kəmərin 1500 m-lik hissəsi 2017-2018-ci illərdə təmir olunub. Hazırda Xətai rayonunun Xocalı prospektindən başlayaraq N. Rəfiyev küçəsi və Nobel prospekti ilə Y. Səfərov küçəsinə kimi mövcud olan 2000 m uzunluğundakı qaz kəməri 400 mm diametrində olan polietilen kəmərlə dəyişdirilir. İşlərə bu il avqust ayının 15-də başlanılıb və noyabrın sonunadək tamamlanması planlaşdırılır. Bu günədək tikintinin 70 faizi icra olunub”.

50 min abonentin qaz təchizatı yaxşılaşacaq50 min abonentin qaz təchizatı yaxşılaşacaq50 min abonentin qaz təchizatı yaxşılaşacaq




Bölməyə aid digər xəbərlər