17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Tikintidə işçilərin qeyri-rəsmi işlədilməsi halları aşkarlanıb
Tarix: 04-11-2019 12:20 | Bölmə: Cəmiyyət
Tikintidə işçilərin qeyri-rəsmi işlədilməsi halları aşkarlanıb

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN Xidmət") Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən indiyə kimi tikinti obyektlərində əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı 162 səyyar monitorinq həyata keçirilib.

Mərkəzin məlumatına görə, monitorinq edilmiş işçilərin sayı 6306, monitorinq edilmiş işəgötürənlərin sayı 309 olub.

Monitorinq zamanı qeyri-rəsmi məşğulluq səviyyəsi 19,9 faiz təşkil edib.

Monitorinqlərin keçirilməsindən sonra 81192 əmək müqaviləsi imzalanıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}