16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Azərbaycanın dövlət sərhədini pozmaq istəyən 8 nəfər saxlanılıb - Foto
Tarix: 05-11-2019 10:42 | Bölmə: Cəmiyyət
Azərbaycanın dövlət sərhədini pozmaq istəyən 8 nəfər saxlanılıb

Noyabrın 3-də saat 00:20 radələrində Ağstafa rayonu yaxınlığında yerləşən "Sadıxlı" sərhəd zastavasının xidməti ərazisində Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd edən 8 nəfər Azərbaycan vətəndaşı həmin ərazidə xidmət aparan sərhədçilər tərəfindən saxlanılıb.

Reyting.az
xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Bildirilir ki, ilkin araşdırma zamanı həmin şəxslərin Ağstafa rayon sakinləri 2000-ci il təvəllüdlü Bukavazin İlkin Qərib oğlu, 2000-ci il təvəllüdlü Bədirov Kamran Cavad oğlu, 2004-cü il təvəllüdlü Bədirov Novruz Müzəffər oğlu, 2009-cu il təvəllüdlü Bukavazin Sevinc Qərib qızı, 2015-ci il təvəllüdlü Bədirova Asya Vaqif qızı, 2015-ci il təvəllüdlü Mirzəyev Rövşən Həmid oğlu, 2016-cı il təvəllüdlü Bukavazina Mədinə Aslan qızı və Yevlax rayon sakini 1999-cu il təvəllüdlü Bukavazina Zəminə Rəsul qızı olmaları müəyyən edilib.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Azərbaycanın dövlət sərhədini pozmaq istəyən 8 nəfər saxlanılıb

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}