Nazirlikdən dövriyyədəki keyfiyyətsiz şprislərlə bağlı açıqlama: "Şikayət yoxdur
Tarix: 05-11-2019 15:40 | Bölmə: Cəmiyyət
Nazirlikdən dövriyyədəki keyfiyyətsiz şprislərlə bağlı açıqlama: "Şikayət yoxdur

Səhiyyə Nazirliyi son zamanlar dövriyyəyə keyfiyyətsiz şprislərin buraxılması barədə yayılan məlumatlara münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, son zamanlar müxtəlif kütləvi informasiya vasitələrində keyfiyyətsiz şprislərin dövriyyəyə buraxılması barədə məlumatlar yer alıb. Analitik Ekspertiza Mərkəzinə heç bir vətəndaşdan standartlara uyğun olmayan şprislərlə bağlı şikayət daxil olmayıb: “Vətəndaşların hər hansı şikayəti yarandığı təqdirdə qurumun qaynar xətt nömrələrinə (012 596 07 12, 012 594 57 27, 012 594 57 37) zəng edərək, email ünvanına ([email protected]) yazaraq və ya AEM-in Bir Pəncərə xidmətinə yaxınlaşaraq şikayətlərini bildirmələri tövsiyə olunur. Hər bir şikayət dərhal araşdırılacaq”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər