AQTA tələbələrin zəhərlənməsi ilə bağlı açıqlama yaydı
Tarix: 30-11-2019 11:45 | Bölmə: Cəmiyyət
AQTA tələbələrin zəhərlənməsi ilə bağlı açıqlama yaydı

Azərbaycan Qida Təhlukəsizliyi Agentliyi (AQTA) Nizami rayonu NZS qəsəbəsində tələbələrin zəhərlənməsi ilə bağlı məlumat yayıb.

Agentlikdən Reyting.az-a verilən məlumata görə, zəhərlənmə ehtimalı barədə məlumat AQTA-ya daxil olduqdan dərhal sonra Agentlik əməkdaşları tərəfindən araşdırmalara başlanılıb: "İlkin məlumatda tələbələrin ev şəraitində hazırlanmış turşulardan istifadə etdiyi bildirilir. Hazırda müvafiq qurumlarla birgə hadisənin baş vermə səbəbləri, qida zəhərlənməsi olub olmaması istiqamətində araşdırma aparılır. Araşdırmaların yekun nəticəsi ilə bağlı ətraflı məlumat veriləcək".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}