11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
Ağcabədi sakinindən narkotik maddə götürülüb
Tarix: 01-12-2019 15:46 | Bölmə: Cəmiyyət
Ağcabədi sakinindən narkotik maddə götürülüb

Ağcabədi rayonunda narkotik maddə satan şəxs tutulub.

Ağcabədi Rayon Polis Şöbəsindən Reyting.az-a verilən məlumata görə, şəhər sakini Quliyev Samir Natiq oğlunun qanunsuz olaraq narkotik vasitələrin satışı ilə məşğul olması və evində narkotik vasitələr saxlaması barədə polisə məlumat daxil olub. Keçirilmiş əməliyyat zamanı Samir Quliyev saxlanılaraq polis şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman 1 ədəd kibrit qutusunda narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Sonra S.Quliyevin yaşadığı Həzi Aslanov küçəsində yerləşən mənzilə baxış keçirilib. Yataq otağında yerləşən paltar dolabından 10 ədəd kibrit qutusunda qablaşdırılmış ümumi çəkisi 39,46 qram marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsinin İstintaq bölməsində Azərbaycan Respublikasının CM-nin 234.2 maddəsi ilə cinayət işi başlanıb, ibtidai istintaq davam etdirilir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}