DYP axundun sərxoş oğlunu saxlayıb
Tarix: 01-12-2019 16:57 | Bölmə: Cəmiyyət
DYP axundun sərxoş oğlunu saxlayıb

Zərdab rayonunda axundun oğlu DYP tərəfindən saxlanılıb.

Hadisə ötən gün rayonun mərkəzi küçəsində qeydə alınıb.

Məzahir Feyzulla oğlu Tağıyevin idarə etdiyi "10-LF-572" dövlət nömrə nişanlı "VAZ-2107" markalı minik maşın yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılıb. Yoxlamalar zamanı məlum olub ki, M.Tağıyev nəqliyyat vasitəsini sərxoş vəziyyətdə, sürücülük hüququ olmadan idarə edir. Saxlanılan şəxs barəsində müvafiq qaydalar çərçivəsində tədbir görülüb.

Qeyd edək ki, M. Tağıyev Zərdab rayon Cümə məscidinin axundu Feyzulla Tağıyevin oğludur/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər