Nazirlik avtobus qəzasında ölənlərin ailəsinə başsağlığı verib
Tarix: 01-12-2019 20:54 | Bölmə: Cəmiyyət
Nazirlik avtobus qəzasında ölənlərin ailəsinə başsağlığı verib

Azərbaycanın Xarici İşlər Nazirliyi Rusiyada avtobus qəzasında ölənlərin ailə üzvlərinə başsağlığı verib.

Reyting.az
xəbər verir ki, Xarici İşlər Nazirliyinin "Twitter”dəki səhifəsində deyilir:

"Rusiyanın Sretensk rayonunda sərnişin avtobusu qəzasında onlarla sərnişinin həlak olması xəbəri bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və qəzada yaralanan və xəsarət alanların tezliklə sağalmasını arzu edirik”.

Xatırladaq ki, Rusiyada sərnişin avtobusunun qəzaya uğraması nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb.

Hadisə Zabaykal diyarında, Sretensk rayonunda qeydə alınıb. Belə ki, sərnişin avtobusu körpüdən Kuenqa çayına aşıb.

Hadisə zamanı avtobusda 43 nəfər olub.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər