Şəmkirdə 5 nəfərin ölümünə səbəb olan yol qəzası ilə bağlı cinayət işi başlanılıb
Tarix: 02-12-2019 10:56 | Bölmə: Cəmiyyət
Şəmkirdə 5 nəfərin ölümünə səbəb olan yol qəzası ilə bağlı cinayət işi başlanılıb

Şəmkir rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma – iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Xatırladaq ki, hadisə dekabrın 1 də axşam saatlarında Şəmkir - Gədəbəy avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Şəmkir rayon sakini, 1985-ci il təvəllüdlü Tural Abdıyevin idarə etdiyi "Mitsubishi Pajero" markalı avtomobil, qohumu olan, 1974-cü il təvəllüdlü Vüqar Orucovun idarə etdiyi “VAZ-21011” markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində bir ailənin beş üzvü, Şəmkir rayon sakinləri, bir yaşlı Əliyeva Həyat Rəşad qızı, 1994-cü il təvəllüdlü Orucova Nübar Dilqəm qızı, 1974-cü il təvəllüdlü Orucov Vüqar Bayram oğlu, 1970-ci ilə təvəllüdlü Orucov Dilqəm Bayram oğlu və 1971-ci il təvvəlüdlü Orucova Rəsmiyyə Nürəddin qızı dünyasını dəyişib/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər