09:20 / 08-09-2025
Anaya hədiyyə - Akif Abbasov yazır
08:51 / 08-09-2025
ABŞ qeyri-immiqrasiya vizalarının alınma qaydasını dəyişib
08:25 / 08-09-2025
Məşhur reper axtarışa verilib
00:57 / 08-09-2025
İlin son Ay tutulması başa çatıb - (Yenilənib)
00:04 / 08-09-2025
Alim Qasımov villasını satır - Fotolar
18:05 / 07-09-2025
Şəmkirdə təcili yardım maşını körpüdən aşıb, xəsarət alanlar var
18:00 / 07-09-2025
Sumqayıtda 72 yaşlı kişi dənizdə boğulub
16:15 / 07-09-2025
Gəncədə uçqun olub, ölən var
13:20 / 07-09-2025
Bu gün əlavə imtahan keçirilib - (Yenilənib)
12:15 / 07-09-2025
Sabah yağış yağacaq - Proqnoz
11:33 / 07-09-2025
Nəriman Axundzadə millinin heyətindən kənarlaşdırılıb
10:47 / 07-09-2025
Kiyev "İskəndər" raketlərinin hədəfinə çevrilib - Foto
18:25 / 06-09-2025
Ukrayna və Rusiya yeni əsir mübadilələrinə hazırlaşır
17:35 / 06-09-2025
Bakıda və rayonlarda xüsusi əməliyyat: kriminal şəxslər tutulub - Video
15:29 / 06-09-2025
Azərbaycanın ŞƏT-ə üzvlüyünə Rusiya da mane olub
15:11 / 06-09-2025
Kafedə iki nəfəri güllələyiblər - Yenilənib
12:12 / 06-09-2025
Bakıda “KamAZ” avtomobilin üzərinə aşıb, ölən var - Fotolar - Yenilənib
09:52 / 06-09-2025
Aleksey Overçuk “Tramp marşrutu”na müsbət yanaşır
09:44 / 06-09-2025
Fernandu Santuş: "Axı nəyə görə istefa verməliyəm?"
08:51 / 06-09-2025
Qayınata kürəkənini qətlə yetirib - Yenilənib
08:36 / 06-09-2025
Tramp Venesuelaya zərbə endirməyi düşünür
22:31 / 05-09-2025
İşçi qrupu növbəti iclasını keçirib - Fotolar
22:21 / 05-09-2025
Bakı-Tehran-Bakı aviareysi bərpa olunur
18:42 / 05-09-2025
Daşkəsənin Alaxançallı kəndində sel fəsadlar törədib
18:05 / 05-09-2025
Britaniya baş nazirinin müavini istefa verib
17:49 / 05-09-2025
Astarada kütləvi zəhərlənmə olub - Yenilənib
17:32 / 05-09-2025
Azərbaycan və Macarıstan arasında yeni sənədlər imzalanıb
17:30 / 05-09-2025
Bəxtiyar Məmmədova Alay komandiri vəzifəsi həvalə olunub
17:07 / 05-09-2025
Əli Əsədov qərar imzalayıb
16:58 / 05-09-2025
Qadını maşınla vuran sürücü döyülüb
11:53 / 04-09-2025

16:06 / 04-09-2025

11:13 / 04-09-2025

18:03 / 03-09-2025

00:18 / 04-09-2025

18:25 / 06-09-2025

18:12 / 04-09-2025

22:31 / 05-09-2025

18:42 / 05-09-2025

18:05 / 07-09-2025

19:50 / 03-09-2025

13:20 / 07-09-2025

MTRŞ 102 FM tezliyinin satışa çıxarılması barədə açıqlama yayıb
Tarix: 10-12-2019 18:22 | Bölmə: Cəmiyyət

Milli Televiziya və Radio Şurası (MTRŞ) 102 FM tezliyinin satışa çıxarılması barədə yayılan xəbərlərlə bağlı açıqlama yayıb.
MTRŞ-dan Reyting.az-a daxil olan məlumatda deyilir:
"Son günlər kütləvi informasiya vasitələrində guya Çingiz Mustafayevə aid olan radio tezliyin satışa çıxarılması barədə yanlış məlumatlar dərc olunmaqdadır.
Milli Televiziya və Radio Şurası olaraq bildirmək istəyirik ki, Azərbaycan Respublikasının radio tezlikləri dövlətə məxsusdur, heç kimin mülkiyyətində deyil, heç zaman satışa çıxarılmamış və çıxarıla da bilməz. “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 11.1.4-cü maddəsinə əsasən dövlət yayım tezliklərini yalnız istifadəyə verir. Həmin Qanunun 11.5.2-ci maddəsinə görə isə, teleradio yayımı sahəsində müvafiq dövlət orqanı (Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası) tezlik resurslarından səmərəli istifadə olunmasına nəzarət edir.
Şuranın elan etdiyi müsabiqələrin nəticəsinə uyğun olaraq müsabiqədə qalib gələn yayımçıya müəyyən bir radio tezlikdə yayım aparmaq üçün lisenziya verilir, həmin yayımçı da öz növbəsində həmin tezlikdən istifadə üçün müvafiq dövlət orqanları (Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturuna daxil olan Radio Tezliklər İdarəsi və “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi) ilə müqavilə bağlayaraq lisenziyanın şərtləri daxilində ondan istifadə edir.
Adı çəkilən 102.0 MHz efir radio tezliyi 1994–2016-cı illər arasında “ANS ÇM” radiostansiyasının istifadəsində olmuşdur. 18 iyul 2016-cı ildə “ANS-ÇM”-in lisenziyasına xitam veriləndən sonra həmin tezlik resursu boş qalmışdır.
Efir radio tezliklərindən səmərəli istifadənin təmin olunması məqsədilə Milli Televiziya və Radio Şurası 5 noyabr 2019-cu ildə keçirilmiş iclasında "Tеlеviziya və radiо yayımı haqqında" Azərbaycan Rеspublikası Qanununun 15-ci maddəsinin tələblərini rəhbər tutaraq ümumrespublika radio kanalının açılması üçün Bakı şəhəri və Abşеrоn yarımadası ərazisində 102,0 MHz tezliyə müsabiqə elan etmişdir. Müsabiqənin nəticələrinə görə qalib elan ediləcək və lisenziya alacaq iddiaçı müvafiq dövlət orqanı ilə müqavilə bağlamaqla Bakı şəhəri və Abşеrоn yarımadası ərazisində həmin tezlikdən istifadə etməklə yayım apara biləcəkdir.
Həmçinin bildirmək istəyirik ki, 2016-cı ilin dekabr ayından Azərbaycan Respublikası ərazisində televiziya yayımı yalnız rəqəmli formatda həyata keçirilir. Bunun müsbət nəticəsi kimi bir efir tezliyində 10-12 SD televiziya kanalının və ya 3-4 HD formatda yayım aparan televiziya kanalının ötürülməsi mümkün olmuşdur. Yaxın gələcəkdə radionun da rəqəmli yayıma keçidi ilə əlaqədar bir efir tezlik resursunda 10-a yaxın radio kanalın yayımı mümkün olacaqdır. Bu da təbii olaraq, hər hansı bir efir radio tezliyinin guya kiminsə adına və ya mülkiyyətində olması iddiasını tamamilə alt-üst edir.
Yayılan məlumatlarda qeyd olunan hazırda istifadəsiz 50-yə yaxın tezliyin olması barədə iddiaya cavab olaraq bildiririk ki, radio kanalların əksəriyyəti 100.0MHz–108.0 MHz tezlikləri arasındakı FM diapazonunda yayımlanır. Bu diapazonda hazırda tam rəqəmli bir tezlik resursu (102.0 MHz) istifadəsizdir ki, ona da müsabiqə elan olunmuşdur. Lakin 88.0 MHz – 100.0 MHz arası diapazonda istifadə olunmayan tam rəqəmli bir sıra tezliklər mövcuddur ki, zərurət olduğu təqdirdə onların da gələcəkdə müsabiqəyə çıxarılması məsələsinə baxıla bilər".
Bölməyə aid digər xəbərlər

Dünən, 12:15
Sabah yağış yağacaq - Proqnoz
5-09-2025, 18:42
Daşkəsənin Alaxançallı kəndində sel fəsadlar törədib
5-09-2025, 17:30
Bəxtiyar Məmmədova Alay komandiri vəzifəsi həvalə olunub
5-09-2025, 17:07
Əli Əsədov qərar imzalayıb
5-09-2025, 16:58
Qadını maşınla vuran sürücü döyülüb
5-09-2025, 16:41
Bakıda evlərə girən qadın saxlanııb - Video
5-09-2025, 13:36
Sabah hava necə olacaq? - Proqnoz
5-09-2025, 12:37
Füzulidə yanğın törədən şəxs tutulub
5-09-2025, 12:33
İçərişəhərdə yeni Xidmət Mərkəzi fəaliyyətə başlayıb
5-09-2025, 11:32
Müəllimlərin təkrar sertifikasiyasının müsahibə nəticələri açıqlanıb
5-09-2025, 08:50
"Optimus"-un yeni nəsil versiyasını təqdim ediblər
4-09-2025, 18:02
Dövlət Xidməti "Telegram"dakı dələduzluq hallarını araşdırır
4-09-2025, 17:49
Cəlilabadda avtomobil qəzası: yaralananların sayı 8-ə çatıb
4-09-2025, 17:29
Oleq Bakinski bəraət istəyir
4-09-2025, 17:22
Gürcüstana müalicəyə gedən həkim qəzada ölüb
4-09-2025, 17:01
Peşə məktəblərinə qəbulun II mərhələsinin nəticələri açıqlanıb
4-09-2025, 16:01
Akademik borcu olanlara "Tələbə krediti" verilməyəcək
4-09-2025, 15:18
Bədənin istiliyindən elektrik hasil olunur - Foto
4-09-2025, 14:59
Azərbaycana narkotik keçirməyə cəhd göstərən şəxslər saxlanılıb
4-09-2025, 14:51
Kolleclərin boş qalan yerlərinə qəbulun nəticələri elan olunub
4-09-2025, 12:43
Sabah hava necə olacaq? - Proqnoz
4-09-2025, 12:03
Şərurlu İsfəndiyar yenə hakim qarşısına çıxarılıb
4-09-2025, 09:42
20 yaşlı sürücü avtomobillə qadını vuraraq öldürüb
4-09-2025, 09:28
İki yeniyetmə su kanalında boğulub
3-09-2025, 18:20
Gədəbəydə dağlıq ərazidə yanğın olub - Video
3-09-2025, 18:12
Tiktoker xanımın anası məhkəmədə dindirilib
3-09-2025, 16:09
Azyaşlı qızın toyu dayandırılıb - (Yenilənib)
3-09-2025, 15:30
Bəhruz Səmədovun apellyasiya şikayəti təmin etməyiblər
3-09-2025, 14:32
Ağsuda yanğın törədən şəxs müəyyən olunub
3-09-2025, 14:08
Asteroid sürətlə Yerə yaxınlaşır - Xəbərdarlıq
3-09-2025, 13:26
Üç kollecə direktor müavini təyinatı olub
3-09-2025, 12:46
Sabah yağış yağacaq - Proqnoz
3-09-2025, 11:48
"Telegram" üzərindən yeni dələduzluq halları çoxalıb
3-09-2025, 10:45
Sertifikasiyadan kəsilən müəllimlər məhkəmədə iddia qaldırıblar
3-09-2025, 10:38
Səfirliyin sabiq əməkdaşının məhkəməsi başlayıb
3-09-2025, 08:14
Peyğəmbərin (s.ə.s) Mövludu günüdür
2-09-2025, 17:45
Qondarma “Xarici İşlər Nazirliyi”nin yerində Baş idarə tikiləcək
2-09-2025, 17:27
Elektron Təhlükəsizlik Xidmətinə mətbuat katibi təyin olunub
2-09-2025, 16:50
Laçında dövlət sərhədindən buraxılış məntəqəsi yaradılır
2-09-2025, 15:30
Xəstələr üçün yığılan pulu ələ keçirən şəxs tutulub
2-09-2025, 14:53
15 saylı həbsxanaya rəis təyinatı olub
2-09-2025, 14:44
Bakıda çoxmərtəbəli binada yanğın: 12 nəfər təxliyə olunub
2-09-2025, 12:37
417,5 kiloqram narkotiki ələ keçirib, 10 şübhəli tutulub
2-09-2025, 12:21
Sabahın hava proqnozu açıqlanıb