Ötən ay nikaha daxil olmaq istəyən 46 nəfərdə sifilis, 9 nəfərdə QİÇS aşkarlanıb
Tarix: 13-12-2019 10:41 | Bölmə: Cəmiyyət
Ötən ay nikaha daxil olmaq istəyən 46 nəfərdə sifilis, 9 nəfərdə QİÇS aşkarlanıb

Bu ilin 11 ayı ərzində nikaha daxil olmaq üçün 126402 nəfər müayinədən keçib.

Bunu “Report”a Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva bildirib.

Direktorun sözlərinə görə, onlardan 3393 nəfərdə talassemiya daşıyıcılığı, 297 nəfərdə sifilis, 135 şəxsdə isə QİÇS aşkarlanıb: "Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı isə 43 olub. Təkcə noyabr ayı ərzində isə 10139 nəfərin müayinəsi aparılıb. Müayinədən keçən 375 nəfərdə talassemiya daşıyıcılığı, 46 nəfərdə sifilis, 9 şəxsdə isə QİÇS aşkarlanıb. Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı isə 4 olub".

Z.Əlimirəzyeva qeyd edib ki, 2015-ci ildən indiyədək 626215 nəfərdə qan müayinəsi aparılıb: “21628 cütlükdən birində talassemiya daşıyıcılığı, 232 cütlüyün hər ikisində daşıyıcılıq aşkarlanıb. Bu müddət ərzində 2025 nəfərdə sifilis, 590 nəfərdə HİV(QİÇS) qeydə alınıb".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər