08:41 / 11-12-2024
Dmitri Medvedev Pekindədir
Həbs xəbəri yayılan icra başçısının müavini: "Nə istintaqa çağırılmışam,  nə də ki, həbs olunmuşam"
Tarix: 20-12-2019 15:02 | Bölmə: Cəmiyyət
Həbs xəbəri yayılan icra başçısının müavini: "Nə istintaqa çağırılmışam,  nə də ki, həbs olunmuşam"

Ağstafa rayon İcra başçının müavini, eyni zamanda İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lalə Eyyubova DTX-nin ötən gün keçirdiyi əməliyyatda həbs olunduğu haqda xəbərləri bu gün təkzib edib.

Reyting.az
-ın xəbərinə görə, o, unikal.org-a açıqlamasında deyib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:

“Mənim baş verən prosseslərlə heç bir bağlılığım yoxdur. Nə istintaqa çağırılmışam,  nə də ki, həbs olunmuşam. Mən işimin başındayam. Hazırda başçının müavini vəzifəsini icra edirəm”.

Xəbərlərə görə Lalə Eyyubova baş nazirin birinci müavini Yaqub Eyyubovun qardaşı nəvəsidir.

Xatırladaq ki, DTX ötən gün Ağstafada əməliyyat keçirərək icra hakimiyyətinin başçısı Nizaməddin Quliyevi və onun müvini Ramiz Tatarovu həbs edib. Onlar büdcə pullarını mənimsəməkdə, sahibkarlardan və kənd icra nümayəndələrindən rüşvət toplamaqda, digər qanunsuz əməllər törətməkdə ittiham olunurlar.




Bölməyə aid digər xəbərlər
8-12-2024, 12:29 Sabah yağış yağacaq
7-12-2024, 12:34 Sabah yağış yağacaq
6-12-2024, 12:29 Sabah yağış yağacaq

bütün xəbərlər