Ceyhun Bayramov: "Nazirlər Kabineti məktəblərdə tətil günləri ilə bağlı qərar verəcək"
Tarix: 24-12-2019 13:50 | Bölmə: Cəmiyyət
Ceyhun Bayramov: "Nazirlər Kabineti məktəblərdə tətil günləri ilə bağlı qərar verəcək"

"Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları ilə əlaqədar qeyri-iş günlərinin yerinin dəyişdirilməsinə görə ümumtəhsil müəssisələrində tədris Nazirlər Kabinetinin qərarına əsasən təşkil olunacaq".

Bunu jurnalistlərə açıqlamasında Təhsil naziri Ceyhun Bayramov deyib.

Nazir xatırladıb ki, istirahət günlərinin davamlılığını təmin etmək üçün Nazirlər Kabineti tərəfindən yeni il ərəfəsində bu həftənin şənbə və bazar günləri iş günləri elan edilib: "Yanvarın 6-sı da daxil olmaqla ölkədə qeyri-iş günləri olacaq".(Report)




Bölməyə aid digər xəbərlər
3-12-2024, 12:42 Sabah leysan yağacaq
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq

bütün xəbərlər