21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Xankəndi şəhərinin və Kərkicahanın işğalından 28 il ötür
Tarix: 28-12-2019 00:26 | Bölmə: Cəmiyyət
Xankəndi şəhərinin və Kərkicahanın işğalından 28 il ötür

Azərbaycanın Xankəndi şəhəri və ətraf ərazilər üçün mühüm strateji əhəmiyyətə malik ola Kərkicahan qəsəbəsinin işğalından 28 il ötür.

1991-ci il dekabrın 28-də erməni silahlıları və Xankəndi şəhərindəki Sovet İttifaqının 366-cı motoatıcı alayı Kərkicahan qəsəbəsinin işğalı ilə Xankəndi və ətraf ərazilərin işğalını başa çatdırıb.

İşğal gününə qədər Xankəndi ərazi vahidliyinin tərkib hissəsi olan Kərkicahanın müdafiəsi kənd sakinlərindən ibarət yerli özünümüdafiə dəstələri, yeni yaranmış polis qüvvələri və Milli Ordunun bir qrup əsgəri tərəfindən təşkil olunub.

Xankəndi istiqamətindən Kərkicahana doğru hücuma keçən silahlıların istifadəsində olan hərbi texnika və ağır silahların qarşısında müdafiə dəstələri son nəticədə geri çəkilməyə məcbur olublar. Özünümüdafiə dəstələrinin bir müddət erməni silahlıların hücumlarının qarşısını almaları nəticəsində dinc əhali qəsəbədən çıxarılıb.

İşğaldan əvvəl əhali 350 ailə təsərrüfatı nəzdində 1796 nəfər təşkil edib. İki orta məktəb, bir uşaq bağçası, bir kitabxana, bir klub, bir ATS, on dükan, bir tibb ambulatoriyası, müxtəlif istehsal sahələrinə aid olan beş sex və digər məişət-iaşə obyektləri dağıdılıb.

Kərkicahan və ətraf ərazilər uğrunda gedən döyüşlərdə 34 nəfər şəhid olub, 150 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Şəhid olanlardan 3-ü qadın, 2-si azyaşlı uşaq olub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər