21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Dövlət İmtahan Mərkəzinə 843 nəfər müraciət edib - Səbəb
Tarix: 28-12-2019 10:31 | Bölmə: Cəmiyyət
Dövlət İmtahan Mərkəzinə 843 nəfər müraciət edib

Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi imtahanların model, texnologiya və məzmun baxımından müxtəlifliyi zal nəzarətçilərinin fəaliyyətinin təkmilləşdirilməsini, peşəkarlıq səviyyəsinin yüksəldilməsini və ictimaiyyətin daha geniş hissəsinin imtahan prosesinə zal nəzarətçisi və imtahan rəhbəri qismində cəlb edilməsini tələb edir. Odur ki, 2018-2019-cu ildən başlayaraq zal nəzarətçisi fəaliyyətinin sertifikatlaşdırılması qaydaları hazırlanıb və bununla bağlı proses həyata keçirilib.

DİM-in məlumatına görə, bu ilin aprel ayının 26-dan etibarən sertifikatlı nəzarətçilər imtahanlarda iştirak etməyə başlayıb. Hazırda zal nəzarətçiləri bazasında 557 sertifikatlı nəzarətçi var. 2019-cu ilin 5 avqust tarixindən etibarən proses təkrar başlayıb. Zal nəzarətçisi sertifikatı almaq üçün 843 nəfər müraciət edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər