21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Partiya sədri İslam peyğəmbərini yenidən təhqir hədəfinə çevirib - Biabırçı müsabiqə - Foto
Tarix: 29-12-2019 17:14 | Bölmə: Cəmiyyət
Partiya sədri İslam peyğəmbərini yenidən təhqir hədəfinə çevirib - Biabırçı müsabiqə

Hollandiyada aşırı sağçı Azadlıq Partiyasının (PVV) sədri Qreet Vilders islama qarşı addımlarına birini də əlavə edb. Millətçi lider Həzrəti Məhəmməd mövzusunda karikatura müsabiqəsi təşkil edərək qalib gələnin “əsərini” sosial media hesabında paylaşıb.

Reyting.az
xəbər verir ki, Qreet Vilders tərəfindən cümə ertəsi elan olunan karikatura müsabiqəsi 4 saat davam edib.
Partiya sədri bu gün səhər saatlarında Tvitter üzərindən müsabiqənin qalibi olan şəxsin çəkdiyi karikaturanı paylaşıb.

PVV lideri bəyan edib ki, karikatura müsabiqəsini Pakistan hökumətinin ölümlə təhdid etdiyi Khadim Hussain Rizvinin həbsini rədd etməsi səbəbindən elan edib. O, bildirib ki, düşüncə azadlığını müdafiə etmək və diqqəti çəkmək məqsədilə Məhəmməd Peyğəmbər mövzusunda yarışmanı təkrarlayıb.

Şovinist lider elan edib ki, müsabiqəyə göndərilən bir karikatura birinci yeri qazanıb və onun müəllifinə 10 min avro mükafat veriləcək. Amma o, birinci yeri qazanan şəxsin adını təhlükəsizlik baxımından açıqlamayıb.

Partiya sədri İslam peyğəmbərini yenidən təhqir hədəfinə çevirib - Biabırçı müsabiqə

Qeyd edək ki, PVV lideri 2018-ci ilin yazında Hollandiya parlamentində Məhəmməd Peyğəmbərin karikaturası mövzusunda müsabiqə keçirəcəyi haqda elan versə də, ölkə kəşfiyyatının xəbərdarığı səbəbindən onu təxirə salmışdı. Hətta müsabiqəyə etiraz olaraq Vildersə sui-qəsd təşkil etmək məqsədilə Hollandiyaya gələn 27 yaşlı pakistanlı Junaid lahey stansiyasında saxlanılmışdı. Daha sonra 10 il müddətinə azadlıqdan mərhum edilmişdi.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər