21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Azərbaycanda 17 yaşlı qız itkin düşüb - Fotolar
Tarix: 09-01-2020 12:58 | Bölmə: Cəmiyyət
Azərbaycanda 17 yaşlı qız itkin düşüb

Şəmkir rayonuda 17 yaşlı qız itkin düşüb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin məlumatına görə, Şəmkir rayon sakini Xəyalə Həsənova dekabrın 6-da Şəmkir rayonu, Kür qəsəbəsindəki yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

X. Həsənovanın əlamətləri belədir: boyu 167 santimetr, arıq bədən quruluşlu, gözlərinin rəngi qəhvəyi. Evdən çıxan zaman onun əynində göy cins şalvar, qırmızı gödəkcə, başında papaq, ayağında qara rəngli çəkmə olub.

Şəkildəki şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-305-28-02 şəhər və (055) 235-76-06 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Xəyalə Həsənovanın itkin düşməsi ilə bağlı araşdırmalara başlayıb.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirib.

Onun sözlərinə görə, hazırda Dövlət Komitəsinin nümayəndələri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə araşdırmalara başlayıblar: “Bizim tərəfimizdən araşdırma monitorinq komissiyaları vasitəsilə aparılır. Araşdırmalar hüquq-mühafizə orqanları ilə birlikdə həyata keçirilir. Prosesə hüquqşünas və psixoloqlar da cəlb olunub. Hazırda itkin düşən Xəyalə Həsənovanın yaşadığı yerdə müəyyən şəxslərdən izahatlar alınır. Araşdırmaların nəticəsi ilə bağlı ətraflı məlumat veriləcək”.

Azərbaycanda 17 yaşlı qız itkin düşübAzərbaycanda 17 yaşlı qız itkin düşüb

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər