21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Oqtay Gülalıyev yenidən əməliyyat olunacaq
Tarix: 09-01-2020 17:11 | Bölmə: Cəmiyyət
Oqtay Gülalıyev yenidən əməliyyat olunacaq

Türkiyənin İstanbul şəhərindəki Amerikan Xəstəxanasında müalicə olunan hüquq müdafiəçisi Oqtay Gülalıyev yenidən əməliyyat olunacaq.

Reyting.az
xəbər verir ki, bu barədə O.Gülalıyevin oğlu Alı Gülalıyev sosial şəbəkədə məlumat yayıb.

Onun sözlərinə görə, hüquq müdafiəçisinin durumunda müsbət gəlişmələr olmasına baxmayaraq, həkiminin etdiyi ağrıoyadıcıya O.Gülalıyev hələ ki, çox zəif cavab verdiyindən iki gün əvvəl MRİ ediblər: “Nəticəsinə görə beynində akut hidrosefali (kəskin surətdə su artması) yaranıb.

Bu səbəbdən sabah tezdən atam növbəti dəfə əməliyyat ediləcək. Beynində olan artıq suyun təmizlənməsi üçün başına şunt qoyulacaq”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər