14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Magistraturalara qəbul qaydalarında dəyişiklik edilib - Qərar
Tarix: 13-01-2020 20:40 | Bölmə: Cəmiyyət
Magistraturalara qəbul qaydalarında dəyişiklik edilib

Nazirlər Kabineti Ali təhsil müəssisələrinin və Milli Elmlər Akademiyasının magistraturalarına qəbul qaydalarına dəyişikliklər haqqında qərar qəbul edib.

Qərara əsasən, dəyişikliklər beynəlxalq təcrübədə olduğu kimi magistraturaya qəbul imtahanının yalnız bir mərhələdə - ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün), informatika və xarici dil üzrə biliklərin qiymətləndirilməsi üzrə keçirilməsini nəzərdə tutur.

Qeyd edilməlidir ki, hazırda imtahanlar iki mərhələdə aparılır:

I mərhələ - ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün), informatika və xarici dil üzrə biliklərin qiymətləndirilməsi;

II mərhələ - ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi.

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}