21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Baş prokurorun müavini: "Ötən il icra hakimiyyəti orqanları ilə bağlı 7 cinayət işi başlanıb"
Tarix: 15-01-2020 11:21 | Bölmə: Cəmiyyət
Baş prokurorun müavini: "Ötən il icra hakimiyyəti orqanları ilə bağlı 7 cinayət işi başlanıb"

“Yerli icra hakimiyyət orqanlarından olan qeyri-neqativ hallarla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciətlər daxil olub, araşdırma aparılıb”.

Bunu Baş prokurorun müavini-Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev 2019-cu ilin yekunlarına dair keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

O söyləyib ki, ötən il icra hakimiyyəti orqanları ilə bağlı 7 cinayət işi başlanıb: “Həmin cinayət işi üzrə 9 vəzifəli şəxs həbs olunub. Onlar barəsində aparılan ibtidai istintaq başa çatdırılaraq məhkəməyə göndərilib”.

Report




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər