Təhsil müəssisələrində 702 təmayül sinif təşkil olunub
Tarix: 15-01-2020 11:45 | Bölmə: Cəmiyyət
Təhsil müəssisələrində 702 təmayül sinif təşkil olunub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində 2019-cu təqvim ilində təmayülləşmənin miqyası genişlənib.

Təhsil İdarəsinin məlumatında bildirilir ki, 187 ümumi təhsil müəssisəsində 702 təmayül sinif təşkil olunaraq, bu siniflərə 15 643 şagird cəlb olunub.

Təmayül siniflər 8 istiqamət üzrə müəyyənləşdirilib. Onlardan 109-u texniki təmayüllü, 55-i riyaziyyat-iqtisadiyyat təmayüllü, 128-i humanitar təmayüllü, 9-u təbiət təmayüllü, 85-i texniki və riyaziyyat-iqtisadiyyat təmayüllü, 142-si texniki və təbiət təmayüllü, 169-u humanitar və riyaziyyat-iqtisadiyyat təmayüllü, 5-i isə peşə təmayüllü siniflərdir.

Qeyd edək ki, ümumi təhsildə keyfiyyətə birbaşa təsir edən amillərdən biri də “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda da təsbit olunmuş tam orta təhsil səviyyəsində tədrisin təmayüllər üzrə təşkilidir. Şagirdlərin seçdikləri ixtisas istiqamətləri üzrə daha yüksək bilik və bacarıqlara yiyələnməsini təmin etmək məqsədilə son illər bu sahədə ciddi addımlar atılır, təhsilin təmayüllər üzrə təşkil olunduğu məktəblərin şəbəkəsi ardıcıl şəkildə genişləndirilir.

Təhsil müəssisələrində 702 təmayül sinif təşkil olunub
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}