21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Nazir iki məsul şəxsə töhmət verib
Tarix: 15-01-2020 16:04 | Bölmə: Cəmiyyət
Nazir iki məsul şəxsə töhmət verib

Ötən ilin dekabr ayında Təhsil Nazirliyinin xüsusi hallarla bağlı 146-2 “Qaynar xətt” xidmətinə 33 müraciət daxil olub.

Nazirlikdən Reyting.az-a verilən məlumata görə, Bakı, Sumqayıt, Mingəçevir, Gəncə şəhərləri, Lənkəran, Bərdə, Tovuz, Oğuz, Lerik, Saatlı, Füzuli, Xaçmaz, Gədəbəy və Zəngilan rayon məktəblərindən daxil olan bu müraciətlər, əsasən, şagirdlər arasında qısnama halları və ya şagird-müəllim arasında yaranmış münaqişə vəziyyətləri ilə bağlıdır.

Təhsil Nazirliyinin tapşırığına əsasən, müraciətlər şagirdlərin, onların valideynlərinin və müəllimlərinin iştirakı ilə yerində dərhal araşdırılıb. Araşdırma nəticəsində Mingəçevir şəhər 7 nömrəli və Lənkəran rayonu Mamusta kənd tam orta məktəblərində təsdiqini tapmış hallar həmin məktəblərin Pedaqoji şuralarının müzakirəsinə çıxarılıb. Fəaliyyətində nöqsanlara yol vermiş 2 məsul şəxsə töhmət verilib, 2 müraciətə dair isə toplanmış materiallar əsasında hüquq-mühafizə orqanlarında araşdırma davam etdirilir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər