21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Azərbaycan vətəndaşları zəlzələ bölgəsindən çıxarılır
Tarix: 26-01-2020 10:20 | Bölmə: Cəmiyyət
Azərbaycan vətəndaşları zəlzələ bölgəsindən çıxarılır

Azərbaycan vətəndaşları Türkiyədəki zəlzələ bölgəsindən təxliyyə olunur. Təxliyyə prosesi bütün gecə ərzində davam etdirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatında bildirilib, Elazığ və Malatiyadan gələn avtobuslar səhər saat 5-6 radələrində İğdıra çatıblar.

Vətəndaşlarımız nahar etdikdən sonra artıq Naxçıvandan göndərilmiş avtobuslara köçürülüblər. Üç avtobusdan birincisi artıq Naxçıvana çatıb. İkinci avtobus Naxçıvana çox yaxındır. Üçüncü avtobus isə təqribən 2 saata Naxçıvana çatacaq. Təxliyyə olunan 105 vətəndaşdan 42-si artıq Naxçıvandadır. Qalan 63 nəfər də iki avtobusla tezliklə Naxçıvanda olacaqlar.

Daha sonra isə vətəndaşlarımız Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə Naxçıvana göndərilmiş təyyarə ilə Bakı gələcəklər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər