Külli miqdarda narkotik vasitə aşkarlanıb - Fotolar
Tarix: 27-01-2020 11:10 | Bölmə: Cəmiyyət
Külli miqdarda narkotik vasitə aşkarlanıb

Şəki Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs aşkarlanaraq məsuliyyətə cəlb edilib.

Bu barədə Reyting.az-a DİN-nin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilir ki, daxil olmuş məlumat əsasında şöbə əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə Şəki şəhər sakini 53 yaşlı Tərlan Vahabov şübhəli şəxs qismində saxlanılıb. Onun şəhər ərazisində yerləşən yaşadığı evə baxış keçirilən zaman oradan külli miqdarda, yəni 164 qramdan artıq kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək, 28 qrama yaxın heroin, həmçinin Azərbaycan Respublikasının müvafiq qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı”na daxil olan 110 ədəd “Tramadol” adlı dərman preparatı və 1 kiloqramdan artıq qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı Şəki ŞRPŞ-nin İstintaq bölməsində T. Vahabov barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Külli miqdarda narkotik vasitə aşkarlanıbKülli miqdarda narkotik vasitə aşkarlanıbKülli miqdarda narkotik vasitə aşkarlanıb




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}