21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Baş nazir qətl hadisəsinə görə istintaqa cəlb olundu, xanımı haqqında həbs qərarı verildi
Tarix: 27-01-2020 11:49 | Bölmə: Cəmiyyət
Baş nazir qətl hadisəsinə görə istintaqa cəlb olundu, xanımı haqqında həbs qərarı verildi

Lesota Krallığının Baş naziri Tom Thabanenin xanımı Maesaiah Thabane haqqında polis həbs qərarı çıxarıb. Ancaq Baş nazirin xanımını tapmaq hələ ki müşkül məsələyə çevrilib.

Reyting.az
xarici KİV-ə istinadla xəbər verir ki, Afrika qitəsində yerləşən kiçik Lesota Krallığının Baş naziri Tom Thabanenin birinci xanımı Lipolelo Thabane 2017-ci ildə silahlı hücum zamanı öldürülüb.

3 ildən sonra bu cinayəti araşdıran polis sui-qəsdin təşkil olunduğu ərazidən tapılan mobil telefon nömrəsinin Baş nazirə aid olduğunu bildirib.

Polis Baş nazir Tom Thabane və onun ikinci xanımı Maesaiah Thabaneni istintaq araşdırmasına ifadə verməyə dəvət edib.

Yerli mətbuat Baş nazirin könülsüz olsa da, cinayəti araşdıran polisin təklifinə müsbət cavab verdiyini, ancaq ikinci həyat yoldaşı Maesaiah Thabanenin istintaqa gəlmədiyini bildirib.

Baş nazir Thabane və istintaq orqanı hazırda Maesaiah Thabanenin harada olduğuna dair açıqlama verməyib.

Buna baxmayaraq istintaqı həyata keçirən polis Maesaiah Thabane haqqında həbs qərarı verdiyini elan edib.

Araşdırmanı aparan polis rəisi mətbuata açıqlamasında bildirib ki, 32 ildir peşə fəaliyyəti zamanı belə bir təhlükəli hadisə ilə qarşılaşmayıb.

Araşdırmanın aparılmasının bir neçə dəfə əngəlləndiyini qeyd edən polis rəisi nədənsə qorxmadığını bildirib.

Baş nazir və xanımı haqqında əldə olunan dəlillər ictimaiyyətə tam açıqlanmasa da, polis bəyan edib ki, dəlillər son dərəcə əsaslıdır. Hansı ki, bu sui-qəsdin açılmasında açar rolunu oynayacaq.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər