21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Vətəndaşların külli məbləğdə pulunu mənimsəyən şəxs tutulub
Tarix: 28-01-2020 10:19 | Bölmə: Cəmiyyət
Vətəndaşların külli məbləğdə pulunu mənimsəyən şəxs tutulub

63 min manatlıq dələduzluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan Reyting.az-a verilən məlumatda bildirilir ki, Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşların etibarından istifadə edərək dələduzluq yolu ilə zərərçəkənlərin pullarını mənimsəyən rayonun Zizik kənd sakini, 48 yaşlı Məmməd Mustafayev tutulub.

İlkin dindirmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməllərini etiraf edib. Məlum olub ki, o, bir qadına rayon ərazisində torpaq sahəsi satacağı barədə yalan vədlər verərək onun 30000 min manatını dələduzluq yolu ilə ələ keçirib.

Məmməd Mustafayevin ətrafında aparılan tədbirlərlə onun digər cinayətlərinin də üstü açılıb. Belə ki, M. Mustafayev müxtəlif vaxtlarda rayonun daha üç sakinini eyni yolla aldadaraq, onların ümumilikdə 33000 manatını dələduzluq yolu ilə mənimsəyib.

Məmməd Mustafayevin digər analoji cinayətlərdə iştirakı da istisna deyil.

Əgər bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, həmçinin Quba RPŞ-yə və ya şəhər telefonlarından 02333-5-35-11; 02333-5-43-02 nömrələri ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər