21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Kral qanunsuz doğulan qızın atası olduğunu 51 ildən sonra etiraf etdi
Tarix: 28-01-2020 12:21 | Bölmə: Cəmiyyət
Kral qanunsuz doğulan qızın atası olduğunu 51 ildən sonra etiraf etdi

50 il Belçika Krallığının taxtında oturan Kral II Albertin DNT testləri Depne Bolun atası olduğunu təsdiqləyib.

Reyting.az
-ın məlumatına görə, Depne Bol yeddi ildir ki, Belçikanın keçmiş Kralı II Albertin onun atası olduğunu iddia edirdi. Uzun mübarizədən sonra, Albert qızın atası olduğunu etiraf etmək məcburiyyətində qalıb.

Məlumat üçün qeyd edək ki, 51 yaşlı belçikalı heykəltaraş xanım Bol, II Albertin onun atası olduğunu sübut etmək üçün 2013-cü ildən hüquqi yollara baş vurub. Kral Albert isə Bolun iddialarını rədd edirdi.

Ancaq heykəltaraş xanımın vəkili Alain Berenbom DNT analizləri nəticəsində Depne Bolun bioloji atasının II Albert olduğunu təsdiqlədib.

Açıqlamada “Kral Albert bu acılı mərhələni şərəflə başa çatdırılması haqda qərar verib”, - ifadələrinə də rast gəlinir.

Vəkil bildirib ki, bundan sonrakı mərhəldə Kral Albertin Depne Bolun qanuni atası olduğunun tanınması üçün hüquqi yollara baş vuracaqlar.

Qeyd edilir ki, Bol anası Borones Sybille de Selys 1960-cı illərdə Belçikanın Kralı II Albertlə yaxın münasibətlər qurub. Bu münasibətlərin nəticəsində xanım Bol dünyaya gəlib.

Bundan əvvəlki məhkəmədə hakim Bolun doğulduğu zaman Boronesin evli olduğu Jacques Bolun bioloji atası olmadığına dair qərar vermişdi.

Xanım Bolun atası olmasına rəğmən bunu 7 il rədd edən Kral Albertin bu faktı qəbul etməsindən sonra hansı addımların atılacağı maraqla izlənilir. Heykəltaraş xanımın atası olan Kral Albertə qarşı mülk və təzminat iddiası qaldırıb-qaldırmayacağı da maraqla izlənilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər