21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Biliyin yekun qiymətləndirilməsi modeli açıqlanıb
Tarix: 30-01-2020 13:42 | Bölmə: Cəmiyyət
Biliyin yekun qiymətləndirilməsi modeli açıqlanıb

Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyent” jurnalının xüsusi buraxılışında ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı üçün fənlər üzrə alt standartlar, proqramlar, hər iki mərhələ üzrə tapşırıq nümunələri və qiymətləndirmə meyarları, ümumi orta təhsil səviyyəsində yeni təhsil proqramları (kurikulumları) üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) modelini dərc edib.

Reyting.az
-ın məlumatına görə, jurnalda Azərbaycanda ümumi təhsili həyata keçirən təhsil müəssisələrində orta təhsil səviyyəsində yeni təhsil proqramları (kurrikulumları) üzrə təhsilalanların biliyinin qiymətləndirilməsinin (attestasiyasının) Təhsil Nazirliyi ilə razılaşdırılmış modeli açıqlanıb.

Buraxılış imtahanının nəticələri hər fənn üzrə 100 ballıq şkala ilə qiymətləndirilir və bu qiymətlər DİM tərəfindən elektron təhsil sənədində buraxılış imtahanı aparılan fənlər üçün nəzərdə tutulan xanaya daxil edilir. Elektron təhsil sənədi dövlət nümunəli sənədin verilməsi üçün əsasdır.

Ümumi orta təhsil səviyyəsində buraxılış imtahanı tədrisi azərbaycan dilində olan təhsil müəssisələrinin şagirdləri üçün – “Azərbaycan dili”, “Riyaziyyat” və xarici dil (ingilis, alman, fransız dilləri) fənlərindən, tədris rus dilində olan təhsil müəssisələrinin şagirdləri üçün – “Rus dili”, “Riyaziyyat” və xarici dil (ingilis, alman və fransız dilləri) fənlərindən, tədris gürcü dilində olan təhsil müəssisələrinin şagirdləri üçün – “Gürcü dili”, “Riyaziyyat” və xarici dil (ingilis, alman, fransız dilləri) fənlərindən, azərbaycan, rus və gürcü dilləri istisna olmaqla tədris digər dillərdə aparılan təhsil müəssisələrinin şagirdləri üçün “Riyaziyyat” və xarici dil fənlərindən DİM tərəfindən mərkəzləşdirilmiş qaydada iki mərhələdə təqdim edilən model əsasında keçirilir.

Birinci mərhələdə şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədilə onlara ümumilikdə 45 tapşırıq, ikinci mərhələdə isə 90 qapalı test tapşırığı təqdim edilir. Buraxılış imtahanının birinci mərhələsində imtahanın müddəti 3 saatdır. İkinci mərhələdə isə imtahan müddəti 2 saat 15 dəqiqədir.

Tədris dili azərbaycan dilindən fərqli olan şagirdlər qeyd edilən fənlərdən əlavə, azərbaycan dili (dövlət dili) fənnindən də imtahan verir.

Fənn kurrikulumunun təlim nəticələrini yoxlamaq üçün şagirdlərə 30 tapşırıq: dinləyib-anlamaya dair 1 mətn və mətnə aid 4 (3 qapalı+1 ətraflı yazılı cavab tələb olunan açıq tipli), oxuyub-anlamaya dair 2 mətn və hər mətnə aid 8 (7 qapalı+1 ətraflı yazılı cavab tələb olunan açıq tipli) və dil qaydaları üzrə bilik və bacarıqların yoxlanılması üçün 10 qapalı tapşırıq təqdim edilir.(APA)





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər