21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Yaşayış məntəqələrimizin işğalından 28 il ötür
Tarix: 11-02-2020 08:52 | Bölmə: Cəmiyyət
Yaşayış məntəqələrimizin işğalından 28 il ötür

Şuşa rayonunun Malıbəyli və Quşçular kəndlərinin erməni silahlı birləşmələri və onların havadarları tərəfindən işğal edilməsindən 28 il ötür.

Erməni hərbi birləşmələri Xankəndi şəhərində dislokasiya olunmuş Sovet ordusuna məxsus 366-cı alayın silah və texnikasının, habelə orada xidmət edən erməni və rus hərbçilərin köməyi ilə fevralın 9-dan etibarən Malıbəyli və Quşçular kəndlərinə hücuma keçib.

Üç gün davam edən qeyri-bərabər döyüşdən sonra 1992-ci il fevralın 11-də hər iki kənd işğal edilib. Kəndlər yandırılıb, yaşayış evləri, məktəblər, uşaq bağçaları, xəstəxanalar, məişət evləri, inzibati binalar, mədəniyyət abidələri, təsərrüfat obyektləri məhv edilib.

İşğal nəticəsində iki kəndin 30-dək dinc sakini qətlə yetirilib, girov götürülüb, yüzlərlə sakin yaralanıb.

Qalan əhali şaxtalı havada bir neçə kilometr dağ yolunu və erməni postlarını çətinliklə keçərək Ağdam rayonuna gələ bilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər