İşgəncə verilən azyaşlı nəzarətə götürülüb - Azərbaycanda
Tarix: 12-02-2020 16:43 | Bölmə: Cəmiyyət
İşgəncə verilən azyaşlı nəzarətə götürülüb - Azərbaycanda

Tərtərdə ananın azyaşlı övladına işgəncə verməsi ilə bağlı həmin ailə Ailə, Qadın və Uşaq Problemləri Komitəsi tərəfindən nəzarətə götürülüb.

Bu barədə Komitədən Reyting.az-a verilən məlumata görə, məsələ ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, Tərtərin Azadqaraqoyunlu kənd sakini Könül Dünyamalıyeva yaşadığı evdə şişi qaz sobasında qızdıraraq oğlu, 2011-ci il təvəllüdlü Telman Dünyamalızadənin bud, çanaq, qol və əlinə basıb. Uşağın atası R. Dünyamalıyevin şikayətindən sonra Tərtər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 133.2.4-cü( yetkinlik yaşına çatmayan şəxsə əzab vermə) maddəsilə cinayət işi başlanıb.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}