21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Ceyhun Bayramov: “Buraxılış imtahanlarının nəticələri ciddi təhlil edilməlidir”
Tarix: 14-02-2020 15:59 | Bölmə: Cəmiyyət
Ceyhun Bayramov: “Buraxılış imtahanlarının nəticələri ciddi təhlil edilməlidir”

“IX və XI sinif buraxılış imtahanlarının nəticələri ciddi təhlil edilməli və bundan nəticə çıxarılmalıdır”.

Bunu Təhsil naziri Ceyhun Bayramov “Ümumi təhsil: mövcud vəziyyət və gələcək hədəflər” mövzusunda müşavirədə çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, yerli təhsili idarəetmə orqanları tabeliyində olan bütün məktəblərin vəziyyətinə dair monitorinqləri davamlı etməli, əldə olunan nəticələrə əsasən adekvat tədbirlər görməlidirlər.

Nazir həmçinin məktəblərin dərsliklərlə təminatından, məktəb-valideyn münasibətlərinin düzgün qurulmasından, regionlarda istedadlı uşaqlarla bağlı işin təşkilindən, məktəbdənkənar fəaliyyətin vacibliyindən danışıb/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər