07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Şəhid hərbi qulluqçumuzla vida mərasimi keçirilib - Fotolar
Tarix: 16-02-2020 15:25 | Bölmə: Cəmiyyət
Şəhid hərbi qulluqçumuzla vida mərasimi keçirilib

Fevralın 15 Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən cəbhə xəttində atəşkəs rejiminin kobud surətdə pozulması nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu dəfn edilib.

Reyting.az
-ın məlumatına görə, cəbhənin Beyləqan rayonu istiqamətində düşmən tərəfindən açılan atəş nəticəsində həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Ələsgərov Seymur Eldar oğlu bu gün doğulduğu Gəncə şəhərində Şəhidlər xiyabanında dəfin edilib.

Mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyaz Bayramov, Müdafiə Nazirliyinin nümayəndələri, şəhidin əsgər yoldaşları və şəhər ictimaiyyəti iştirak edib.

Mərasimdə Müdafiə Nazirliyinin nümayəndəsi Abdulla Qurbani, Gəncə Şəhər İcra Hakimiyyətin başçısı Niyazi Bayramov və digərləri çıxış edərək, Seymur Ələsgərovun şücaətindən söz açıb, düşmən tapdağı altında olan torpaqlarımızın tezliklə azad ediləcəyini bildiriblər.

Qeyd edək ki, Seymur Ələsgərov ailəli olub, 9 aylıq bir oğlu var.(APA)

Şəhid hərbi qulluqçumuzla vida mərasimi keçirilibŞəhid hərbi qulluqçumuzla vida mərasimi keçirilib
Şəhid hərbi qulluqçumuzla vida mərasimi keçirilibŞəhid hərbi qulluqçumuzla vida mərasimi keçirilib
Şəhid hərbi qulluqçumuzla vida mərasimi keçirilib




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}