Zakir Qaralov idarə rəisini vəzifədən çıxardı - Prokurorluqda dəyişiklk
Tarix: 17-02-2020 14:58 | Bölmə: Cəmiyyət
Zakir Qaralov idarə rəisini vəzifədən çıxardı - Prokurorluqda dəyişiklk

Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi üzrə İdarənin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri İlqar Cəfərov vəzifəsindən azad edilib.

Bununla bağlı Baş prokuror Zakir Qaralov əmr imzalayıb.

Əmrə əsasən, İ.Cəfərov başqa işə keçirilməklə əlaqədar işdən çıxarılıb.

Baş Prokurorluğun Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}