Nazir prokurorluğun idarə rəisini yüksək vəzifəyə təyin edib
Tarix: 17-02-2020 20:14 | Bölmə: Cəmiyyət
Nazir prokurorluğun idarə rəisini yüksək vəzifəyə təyin edib

Ədliyyə Nazirliyində kadr dəyişikliyi olub.

Bu barədə müvafiq əmri Ədliyyə naziri Fikrət Məmmədov imzalayıb.

Əmrə əsasən, İlqar Cəfərov nazirliyinin Katibliyinin rəisi vəzifəsinə təyinat alıb.

Ədliyyə Nazirliyinin mətbuat xidməti məlumatı təsdiqləyib/Oxu.az.

Qeyd edək ki, İ.Cəfərov bundan əvvəl Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi üzrə İdarənin rəisi vəzifəsində çalışıb. Onun həmin vəzifədən azad olunması haqda bu gün rəsm xəbər yayılıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}