17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Bərdədə mikroavtobus yük maşını ilə toqquşdu, ölən və yaralanan var
Tarix: 18-02-2020 16:17 | Bölmə: Cəmiyyət
Bərdədə mikroavtobus yük maşını ilə toqquşdu, ölən və yaralanan var

Bərdə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Məlumata görə, qəza Yevlax-Bəhrəmtəpə avtomobil yolunun 47 kilometrliyində, rayonun Qarağacı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "KamAZ" markalı yük maşını ilə "Mercedes Vito" markalı mikroavtobus toqquşub. Nəticədə "Mercedes Vito"nun sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, sərnişini Rövşən Qardaşxanov isə hadisə yerində ölüb. Yaralı Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır/Report




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}