17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Bakıdan Tbilisiyə qayıdan bir qrup şəxs karantinə alınıb
Tarix: 28-02-2020 11:33 | Bölmə: Cəmiyyət
Bakıdan Tbilisiyə qayıdan bir qrup şəxs karantinə alınıb

Gürcüstanın Qafqaz Universitetinin ötən gün Tbilisiyə qayıdan nümayəndə heyəti iki həftəlik karantinə alınıb.

Bu barədə ali məktəbin yaydığı məlumatda bildirilib.

Məlumata əsasən, 15 nəfərlik nümayəndə heyəti İrandan Tbilisiyə Bakı vasitəsilə qayıdıb.

Həmin şəxslər hava limanında müvafiq yoxlamadan keçirilib və infeksiyasının hər hansı bir əlaməti aşkarlanmayıb. Buna baxmayaraq, nümayəndə heyətinin beş üzvü xəstəxana, 10 üzvü isə öz evlərində karantində saxlanılacaq. Onlar 14 gün ərzində tibbi nəzarətdə olacaq/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}