21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
İş adamı ilə vəkilin “yumurta döyüşü" başa çatdı: üzr istənildi və qarşıdurmaya son qoyuldu
Tarix: 01-03-2020 14:54 | Bölmə: Cəmiyyət
İş adamı ilə vəkilin “yumurta döyüşü" başa çatdı: üzr istənildi və qarşıdurmaya son qoyuldu

"Xəmsə-M" şirkətinin rəhbəri Mürvət Həsənli uzun illərdir vəkil Aslan İsmayılov arasında yaşanan qalmaqaldan sonra ondan üzr istəyib.

Reyting.az
xəbər verir ki, M. Həsənli Facebook səhifəsində A. İsmayılova müraciət edərək ondan üzr istəyib.

Məsələ ilə bağlı Aslan İsmayılov “Yeni Sabah”a bildirib ki, insan səhvini etiraf edirsə, mənim o adamla heç vaxt işim olmur:

"Mənim Mürvət adlı problemim olmayıb və bundan sonra da olmayacaq. Kimlərsə onu bu yola vadar etmişdi".

Qeyd edək ki, Mürvət Həsənli ilə vəkil Aslan İsmayılov arasında illərdir yaşanan qalmaqal və məhkəmə prosesinə kimi uzanan iş KİV-ə "yumurta qalmaqalı” kimi düşmüşdü.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər