07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Daha bir əsgərimiz şəhid oldu
Tarix: 05-03-2020 22:10 | Bölmə: Cəmiyyət
Daha bir əsgərimiz şəhid oldu

Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində müdafiə və mühafizəsini həyata keçirən mövqelərimizə qarşı düşmən təxribatları davam edir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Reyting.az-a verilən məlumata görə, bu gün saat 19:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində atəşkəs rejimini kobud surətdə pozub.

Düşmən snayperindən açılan atəş nəticəsində Qazax rayonunun Quşçu Ayrım kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində xidmətdə olan sərhədçi əsgər Paşazadə Orxan Nazim oğlu yaralanıb. Əsgər dərhal Qazax rayonunun diaqnostika mərkəzinə təxliyə edilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədlərini qoruyan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusunun qətlə yetirilməsi cinayətinin məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərindədir.

Baş vermiş hadisə ilə əlaqədar zəruri tədbirlər görülür.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}