ABŞ-İran danışıqları Cenevrədə keçiriləcək
Tarix: 16-02-2026 00:14 | Bölmə: Siyasət

ABŞ-İran danışıqları Cenevrədə keçiriləcək

İran və ABŞ arasında İranın nüvə məsələsi ilə bağlı danışıqlar 17 fevralda Cenevrədə keçiriləcək.

Reyting.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin Telegram kanalında bildirilib.

Qeyd olunur ki, nüvə məsələsi ilə bağlı dolayı danışıqlar çərşənbə axşamı Omanın vasitəçiliyi ilə keçiriləcək.

Xatırladaq ki, İran və ABŞ nümayəndə heyətləri 6 fevralda Omanda görüşüblər və danışıqlar beş saat davam edib.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər