Sanki bir mələk… - Din xadimi yazır
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
Toyota Bakı Mərkəzinin baş direktorunun meyiti tapılıb
Din xadiminin təşəbbüsünə dəstək verənlər artır
Prezident bir qrup şəxsə ali xüsusi rütbələr verib - Sərəncam
Ərdoğanın siyasi varisi oğlu Bilal ola bilər
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
Ramiz Mehdiyev, Əli Kərimli, Abbas Abbasov... - DTX həbsin detallarını açıqlayıb - (Video)
Antarktidada itən cihazı yadplanetlilər aparıb? - Foto
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
Tarix: 15-02-2026 18:01 | Bölmə: Siyasət

Fevralın 15-də Belqradda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçin iştirakı ilə Azərbaycan-Serbiya sənədlərinin mübadiləsi mərasimi olub.
Reyting.az xəbər verir ki, “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın maliyyə naziri Sahil Babayev və Serbiyanın kənd təsərrüfatı, meşəçilik və su təsərrüfatı naziri Draqan Qlamoçiç mübadilə ediblər.
“Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında Serbiya Respublikasında qaz-turbin elektrik stansiyasının layihələndirilməsi, tikintisi və idarə olunması haqqında Saziş”i Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Serbiyanın mədən və energetika naziri xanım Dubravka Djedoviç mübadilə ediblər.
“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Serbiya Respublikasının İqtisadiyyat Nazirliyi arasında Anlaşma Memorandumu”nu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Serbiya Baş nazirinin birinci müavini, iqtisadiyyat naziri xanım Adriyana Mesaroviç mübadilə ediblər.
“Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə Serbiya Respublikasının İnformasiya və Telekommunikasiya Nazirliyi arasında media və kommunikasiya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın maliyyə naziri Sahil Babayev və Serbiyanın informasiya və telekommunikasiya naziri Boris Bratina mübadilə ediblər.
“Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Serbiya Respublikasının Mədəniyyət Nazirliyi arasında 2026-2030-cu illər üçün mədəniyyət sahəsində Əməkdaşlıq Memorandumu”nu Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və Serbiyanın mədəniyyət naziri Nikola Selakoviç mübadilə ediblər.
“Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Serbiya Respublikasının İdman Nazirliyi arasında idman sahəsində Anlaşma Memorandumu”nu Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov və Serbbiyanın idman naziri Zoran Qayiç mübadilə ediblər.
“Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Serbiya Respublikasının Milli Tibbi Sığorta Fondu arasında tibbi sığorta sistemləri sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın Serbiyadakı səfiri Kamil Xasıyev və Serbiya Milli Tibbi Sığorta Fondunun direktoru xanım Saniyya Radojeviç mübadilə ediblər.
Bölməyə aid digər xəbərlər















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək