İdmançımız beynəlxalq turnirdə medal qazanıb
Tarix: 15-02-2026 12:16 | Bölmə: Xəbərlər

İdmançımız beynəlxalq turnirdə medal qazanıb

Azərbaycan atleti İsmail Əliyev Qazaxıstanın Ust-Kamenoqorsk şəhərində keçirilən beynəlxalq turnirdə uğurlu çıxış edib.

"Report"un məlumatına görə, idmançı XI. Olqa Ripakova mükafatı uğrunda yarışda gümüş medal qazanıb.

İ. Əliyev Qış Dünya Turunun Gümüş səviyyəli turnirində nüvə itələmə növündə fərqlənib.

O, 16,58 metr nəticə ilə ikinci yeri tutub.

Reyting.az





Bölməyə aid digər xəbərlər