Binəqədidə şəhid ailələrini ziyarət ediblər - Fotolar
Tarix: 08-03-2020 23:33 | Bölmə: Cəmiyyət
Binəqədidə şəhid ailələrini ziyarət ediblər

Bu gün Binəqədi qəsəbə Bələdiyyəsinin üzvləri 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə qəsəbə ərazisində yaşayan şəhid və aztəminatlı ailələri, eləcə də ahıl sakinləri ziyarət ediblər.

Bələdiyyə üzvləri ilk növbədə qəsəbənin müxtəlif ərazilərində təmizlik işləri həyata keçirən qadınları bayram münasibətilə təbrik ediblər.

Bələdiyyə üzvləri Yeni Azərbaycan Partiyası Binəqədi rayon Gənclər Təşkilatı ilə birgə Aprel döyüşlərində şəhid olmuş Emin Bağırov və Fəxrəddin Qurbanlının ailələrinə də baş çəkiblər.

Bələdiyyə üzvləri eyni zamanda UNEC Xeyriyyə Təşkilatının könüllüləri ilə birgə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş Birinci Qarabağ savaşının şəhidləri - Rövşən Səfərov, Məsim Ələkbərov, Səyyəddin Abbasov və Rövşən İmanovun ailələri yaşayan unvanlara gedərək xanımlarını 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik ediblər.

Bələdiyyə üzvləri Mədinə Zohrabova və Əminə Rzayevanın yaşadıqları ünvanlara baş çəkərək, onlara təbriklərini çatdırıblar.

Binəqədidə şəhid ailələrini ziyarət ediblər
Binəqədidə şəhid ailələrini ziyarət ediblər
Binəqədidə şəhid ailələrini ziyarət ediblər
Binəqədidə şəhid ailələrini ziyarət ediblərBinəqədidə şəhid ailələrini ziyarət ediblər




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}