Allahşükür Paşazadə: "Yaxın vaxtlarda yeni məscidlər istifadəyə veriləcək"
Tarix: 12-10-2016 13:36 | Bölmə: Cəmiyyət

"Yaxın vaxtlarda Azərbaycanda zəruri yerlərdə yeni məscidlər istifadəyə veriləcək".

Reyting.az xəbər verir ki, bunu jurnalistlərə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib.

Onun sözlərinə görə, əvvəllər ölkədə məscidlərin sayı az idi: "Ona görə də insanlar Aşura günündə küçələrə çıxırdı. Amma bu gün Azərbaycanda kifayət qədər məscid var. Bu baxımdan insanlara Aşura mərasimlərini məscidlərdə keçirməyi tövsiyə etmişik. Hazırda bu şəkildə də davam edir".

QMİ sədri bildirib ki, bu gün "Təzəpir" məscidində keçirilən qanvermə aksiyasında bütün sünnilərin müftisi Hacı Salman Musayev də iştirak edib: "Digər məscidlərdə də sünnilərlə şiələr bir yerdə qanvermə aksiyasına, Aşura mərasimlərinə qatılıblar".





Bölməyə aid digər xəbərlər
Dünən, 12:42 Sabah yağış yağacaq
16-10-2024, 15:56 Kür çayında su artıb
15-10-2024, 12:56 Sabah yağış yağacaq
14-10-2024, 13:03 Sabah leysan yağacaq
11-10-2024, 12:49 Sabah yağış yağacaq

{sape_links}{sape_article}