Cəlilabadda narkobaronlara qarşı əməliyyat: müqavimət göstərən 2 nəfər yaralanıb
Tarix: 21-03-2020 20:39 | Bölmə: Cəmiyyət
Cəlilabadda narkobaronlara qarşı əməliyyat: müqavimət göstərən 2 nəfər yaralanıb

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində mart ayının 20-dən 21-nə keçən gecə saat 02 radələrində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə gətirilmiş narkotik vasitələri gizli saxlanc yerindən götürməyə cəhd göstərən 8 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyindən Reyting.az-a verilən məlumata görə, həmin şəxslər saxlanılarkən polisin qanuni tələblərinə tabe olmayaraq idarə etdikləri avtomobilləri onların üzərinə sürərək həyat və sağlamlıqları üçün real təhlükə yaratdıqlarından polis əməkdaşları xidməti silah tətbiq ediblər:

"Bu zaman cinayətin iştirakçılarından ikisi yaralanıb.  

Tutulmuş şəxslərin istifadəsində olan avtomobillərə baxış keçirilərkən ümumi çəkisi 50 kiloqrama yaxın narkotik vasitələr - heroin, tiryək, marixuana və metamfetamin  aşkar edilib götürülüb.  

Fakt üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılaraq istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir". 




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}