09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Koronavirusa yoluxan azərbaycanlı hakim tam sağalıb
Tarix: 06-05-2020 12:34 | Bölmə: Cəmiyyət
Koronavirusa yoluxan azərbaycanlı hakim tam sağalıb

Türkiyədə koronavirusa yoluxmuş azərbaycanlı hakim İsa Məmmədovun 2 həftəlik karantin müddəti başa çatıb.

Bu barədə "Report"a 20 yaşlı referinin özü məlumat verib. O, artıq tam sağaldığını bildirib: "Hər şey yaxşıdır, özümü normal hiss edirəm. Tam olaraq dad və qoxuları hiss edirəm. Dünən karantin dövrü başa çatdı".

İ.Məmmədovun sözlərinə görə, artıq ondan koronavirusla bağlı analiz götürməyəcəklər: "Özümü narahat hiss etsəm, zəng edəcəyəm, gəlib yoxlayacaqlar", - hakim deyib.

Qeyd edək ki, İsa Məmmədov Karabük Universitetinin Bədən tərbiyəsi və idman fakültəsində İdman idarəçiliyi ixtisası üzrə III kursda təhsil alır.




Bölməyə aid digər xəbərlər
7-05-2025, 12:08 Sabah yağış yağacaq