Bahalı avtomobili dənizə buraxıb yoluna davam etdi - Video
Tarix: 07-05-2020 13:12 | Bölmə: Cəmiyyət
Bahalı avtomobili dənizə buraxıb yoluna davam etdi

Kimliyi bilinməyən şəxs “CEEP” markalı avtomobili dənizə buraxıb, özü isə heç nə olmamış kimi yoluna davam edib.

Reyting.az
xəbər verir ki, bu hadisə Türkiyənin İzmir şəhərinin Urla səmtində qeydə alınıb.

İddiaya görə, sürücü Çeşmə qəsəbəsində kirayə götürdüyü avtomobillə girişdə park edib. Bir müddət gözlədikdən sonra avtomobili dənizə doğru sürüb.

Avtomobil ətrafdakı insanların təəccüblü baxışları altında dənizə düşərkən sürücü son anda özünü salondan bayıra atıb və piyada yoluna davam edib.

Hadisə yerinə gətirilən xüsusi texnika ilə “CEEP” dənizdən çıxarılıb.

Polis faktla bağlı araşdırmalara başlayıb.





Bölməyə aid digər xəbərlər
Bu gün, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər