17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Azərbaycanlı aşığın cənazəsini ölkəyə gətirə bilmirlər
Tarix: 22-05-2020 16:39 | Bölmə: Cəmiyyət
Azərbaycanlı aşığın cənazəsini ölkəyə gətirə bilmirlər

Azərbaycanlı aşıq Ulduz Azaflı dünyasını dəyişib.

Bu barədə şairə Nazilə Səfərli məlumat verib. N. Səfərli bildirib ki, əslən Tovuz rayonundan olan sənətçi Rusiyada yaşayırmış.

Yaxınları mərhumun nəşini Azərbaycana gətirməyə çalışsalar da, pandemiya ilə əlaqədar bu işdə çətinlik çəkirlər. Məlumata görə, onlar Moskvada yaşayan həmyerlilərimizdən yardım istəyiblər.

Qeyd edək ki, Ulduz ustad aşıq Azaflı Mikayılın səkkizinci övladıdır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}