16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanılıb
Tarix: 25-05-2020 11:55 | Bölmə: Cəmiyyət
Cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanılıb

Həftəsonu daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Reyting.az-a verilən məlumata görə, mayın 23-24-də törədilən 61 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunmuşdur.

Axtarışda olduğuna görə ümumilikdə 9 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 1 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 38, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanılıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}