Baş prokurorun kürəkəni yüksək vəzifəyə təyin olundu
Tarix: 04-06-2020 10:25 | Bölmə: Cəmiyyət
Baş prokurorun kürəkəni yüksək vəzifəyə təyin olundu

Baş prokuror Kamran Əliyevin vəzifədən kənarlaşdırdığı kürəkəni Orxan Nuriyev Dövlət Təhülkəsizliyi Xidmətində (DTX) fəaliyyətə başlayıb.

Reyting.az
xəbər verir ki, bu barədə Haqqin.az saytı məlumat yayıb.

Bildirilir ki, Səbail rayon prokurorunun müavini vəzifəsindən azad edilən O. Nuriyev DTX-nın İstintaq Şöbəsinin rəisi təyin olunub.

Qeyd edək ki, O. Nuriyevin prokurorluq orqanlarında işləməsini qanunvericilik qadağan edib. “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunun 7-ci maddəsi yaxın qohumların birgə işləməsinə yol verilməyən halları müəyyən edir. Bu maddədə qeyd olunur ki, vəzifəli şəxslərin yaxın qohumları, seçkili vəzifələr və qanunvericiliklə nəzərdə tutulan digər hallar istisna olmaqla, bilavasitə onun tabeliyindəki qurumda heç bir vəzifə tuta bilməzlər.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər