DİM-dən rezidenturaya qəbul imtahanına hazırlaşan namizədlərə - Müraciət
Tarix: 04-06-2020 13:51 | Bölmə: Cəmiyyət
DİM-dən rezidenturaya qəbul imtahanına hazırlaşan namizədlərə - Müraciət

Dövlət İmtahan Mərkəzi otk.az portalına rezidenturaya qəbul imtahanının ikici mərhələsi üzrə yeni variant ödənişsiz onlayn sınaq imtahanı əlavə edib.

Mərkəzdən Reyting.az-a verilən məlumata görə, sınaq imtahanının test tapşırıqları tam yenidir və əvvəllər istifadə olunmayıb.

Onlayn sınaq imtahanı vermək istəyənlər otk.az portalında qeydiyyatdan keçib və günün istənilən vaxtında biliklərini yoxlaya bilərlər.

Onlayn imtahan başa çatan kimi imtahan nəticələrini əldə edə, yenidən test tapşırıqlarına baxa, onları təhlil edə, öz cavablarınızla düzgün cavabları müqayisə edə biləcəksiniz.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}